Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra “Dinamo”nun heyətində meydana çıxıb.

Unikal.org xəbər verir ki, hücumçu Rusiya Premyer Liqasının “Rubin”lə səfər qarşılaşmasında iştirak edib.

O, Moskva təmsilçisinin heyətində Maksimilian Filipi 73-cü dəqiqədə əvəzləyib. Bu görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlsə də, R.Şeydayev heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, hücumçu sonuncu dəfə 35 gün öncə - oktyabrın 5-də “Orenburq”la matçda (2:0) meydana çıxmışdı.