“Qarabağ”ın Avropa Liqasının 4-cü turunda səfərdə APOEL-lə qarşılaşdıqları oyunda (1:2) zədələnən futbolçular Dani Kintana və Miçelin durumu müəyyənləşib.

Unikal.org-un xəbərinə görə, Kipr təmsilçisi ilə matçın 16-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Kintana 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Oyunun 83-cü dəqiqəsində zədə səbəbindən meydanı tərk edən Miçelin isə durumu ciddi deyil.

Qeyd edək ki, hər iki futbolçunun əzələsi dartılıb.