Əslən azərbaycanlı olan tanınmış blogger Subo ləqəbi ilə tanınan Sübhan Məmmədov Moskvada baş tutan "Lokomotiv" (Rusiya) - "Yuventus" (italiya) matçını (1:2) stadiondan canlı izləyərkən xoşagəlməz hadisə ilə qarşılaşıb.

Unikal.org xəbər verir ki, azərbaycanlı blogger matçın ikinci hissəsində tribunadan yıxılıb. "Lnstagram"da 3,3 milyon izləyicisi olan Sübhan Məmmədovun qolu sınıb. O, qolunun gipsə qoyulması ilə bağlı fotonu səhifəsində paylaşıb.