ABŞ-lı basketbol mütəxəssisi Lyuk Ualton qadın müxbirə qarşı biabırçı hərəkəti ilə gündəmə gəlib Belə ki, məşqçi jurnalistə təcavüz edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təcavüzə məruz qalan Kelli Tennanta özü açıqlama verib.

Onun sözlərinə görə, hadisə 2017-ci ildə baş verib. Lyuk Ualton "Golden State Warriors” klubunda köməkçi-məşqçi işlədiyi vaxt otellərin birində Kelli Tennanta qarşı cinsi zorakılıq edib.

Qeyd edək ki, Lyuk Ualton hazırda "Sakramento Kinqs” basketbol klubunun baş məşqçisidi.