Balakəndə ferma yanıb.

Unikal.org xəbər verir ki, rayonun Qazma kəndində ümumi sahəsi 1000 m² olan fermanın yanar konstruksiyaları və içərisinə yığılan 140 ton ot bağlamasının 100 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.