Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtı açıqlanıb.

Unikal.org xəbər verir ki, bu barədə qurumun prezidenti Deyna Uayt məlumat yayıb. O, döyüşün gələn ilin mart ayında keçirləcəyini bildirib və hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb, 3 dəfə məğlub olub.