Türkiyənin Çanaqqala şəhərində qanunsuz yollarla Yunanıstana keçmək istəyən 168 nəfər saxlanılıb.

Unikal.org  xəbər verir ki, ölkədəki qanunsuz miqrantların saxlanılması istiqamətində Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizinin şimalında dörd əməliyyat keçirilib. Rezin qayıqlarla ölkəni tərk etmək istəyən 168 miqrant əməliyyatlar zamanı saxlanılıb. Qayıqların birində şəxsiyyəti hələ müəyyənləşdirilməmiş 16 yaşlı Əfqanıstan vətəndaşının cəsədi tapılıb.

Faktla bağlı araşdırma aparılır.