Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trump Daesh lideri Əbu Bəkr əl-Bağdadini öldürdüklərini açıqlayıb. Bağdadinin öldürüldüyünü canlı yayında eşitdirən Trump, həmçinin Türkiyəyə də təşəkkür edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bağdadi əməliyyatı sonrası Türkiyədəki təhlükəsizlik orqanları hərəkətə keçib.  İŞİD lideri Əbubəkr Əl Bağdadinin öldürülməsindən sonra Türkiyədəki İŞİD-çilər mühasirəyə alınıb. Türkiyənin dörd tərəfində   təşkil edilən əməliyyatlarda 32 şübhəli şəxs saxlanılıb.  Onlardan 20-nin ölkəyə qeyri-qanuni yolla keçdiyi bəlli olub. 

Qeyd edək ki, dünyanın izlədiyi hadisədə Amerika xüsusi təyinatlıları gizli bir əməliyyatla Bağdadini zərərsizləşdirib.