“Efirdə “quşlamısan”. Bizimkiləri bəzəməyəcəyini demisən. O da camaatın xətrinə dəyib. İndi bir dəfə Demet Akalını bəzəmisən deyə, buradakıları bəzəməyəcəksən”.

Unikal.org xəbər verir ki, bu sözləri “Zaurla Günaydın” verilişində aparıcı Zaur Baxşəliyev qonağı olan stilist Anar Ağakişiyevə deyib.

A.Ağakişiyev isə ona belə cavab verib:

“Haçan olub ki, mənə pul versinlər? Nə qədər olar ikiüzlülük? Eyni sözü mənə də deyir, sonra başqasına da. Bir dənə pul ödəyən rəhmətlik İlhamə Quliyeva idi. Çox ilə dostsan deyə pul almaq olmur. Demet Akalın mənə 30 min lirə təklif etdi. Ancaq qəbul etmədim”.