"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransı keçirib.

Unikal.org xəbər verir ki, 47 yaşlı mütəxəssis yüksək sürətlə avtomobil idarə etməsini sosial şəbəkədə paylaşdığı üçün Araz Abdullayevi cəzalandırdığını bildirib: "Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstirahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük".

Qeyd edək ki, bu gün keçirilən "Qarabağ"- "Qəbələ"  futbol oyununda 1:1 hesabı ilə başa çatıb.