“Liverpul” klubunun futbolçusu Trent Aleksander-Arnold “Ginnesin rekordlar kitabı”na adını yazdırıb.

Unikal.org xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb. Məlumata görə, Arnold İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçu olub.

21 yaşlı oyunçu ötən mövsüm Premyer Liqada 12 məhsuldar ötürmə edib. “Ginnesin rekordlar kitabı”na düşən Arnolda təltifnamə təqdim olunub.