ABŞ-ın futbol çempionatı olan MLS-də mövsümün ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Unikal.org xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Ən yaxşı oyunçu adına “Los Anceles Qalaksi”dən Zlatan İbrahimoviç, “Atlanta Yunayted”dən Josef Martines və “Los Anceles”dən Karlos Vela namizəd göstərilib.

İbrahimoviç bu mövsüm 30, Vela 34, Martines isə 29 qol vurub.