Qazax rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, bunlar sürücü Əliyev Yaşar Həmid oğlu, onun həyat yoldaşı Əliyeva Aytən Məhərrəm qızı (1988) və övladları - Əliyeva Tamara Yaşar qızı (2011) və Əliyeva Aysu Yaşar qızıdır (2016). 

Sürücü və həyat yoldaşının vəziyyətinin orta-ağır, övladlarının isə durumun kafi olduğu bildirilir.

*** 14:38

Qazax rayonunda yol qəzası baş verib. 

Unikal.org xəbər verir ki,  hadisə Xanlıqlar kənd yolunda qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, bir qadın və iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.