Bakıda bir yaş yarımlıq uşaq ölümdən son anda dönüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, azyaşlı evdə oynayarkən anidən boğulmağa başlayıb.

Körpə  çox ağır vəziyyətdə valideynləri tərəfindən təcili yardımla xəstəxanaya çatdırılıb. Ciddi tənginəfəslik, boğulma, hətta göz ətraflarında qansızması olan uşaq reanimasiyaya yerləşdirilib. Əməliyyat zamanı azyaşlının nəfəs borusundan qələmin başlıq hissəsi aşkarlanıb. Sonra cərrah Fuad Hüseynov Bronxoskopiya üsulu ilə (yəni işıqlı alətlə) uşağın nəfəs borusundan həmin başlığı çıxarıb.

Famil Fərhadoğlu