Türkiyəli həkim Orhan Kural müğənni Sılanı məhkəməyə verib. Həkimin müğnniylə bağlı məhkəməyə baş vurmasının səbəbi "Karanfil" adlı mahnısıdır. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, o, sənətçinin mahnıdakı sözləri ilə insanları siqaret çəkməyə sövq etdiyini iddia edib.

Kuralın vəkili ərizəsində bunları bildirib:

"Bütün dünyada tütün sektoru uşaq və gənclərdə siqaretə meyillilik yaradan amilləri gücləndirmək üçün məşhurlardan istifadə edir. Bunun son örnəyini Sıla Gençoğlu adlı müğənninin "Karanfil" mahnısında gördük. Hansı məqsədlə bir müğənni mahnısının içində 5 dəfə dayanmadan siqaret çəkməkdən bəhs edər?"