Oktyabrın 12-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin üçüncü günü və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci günü start götürüb.

Unikal.org-un məlumatına görə, bu gün bədii gimnastlar "yeniyetmələr" yaş qrupunda fərdi proqramda top, gürzlər və lentlə, qrup hərəkətlərdə top və lentlə çıxış edəcəklər. Aerobika gimnastları isə "balacalar", "uşaqlar", "yeniyetmələr" və "böyüklər" yaş qruplarında çıxış edəcəklər.

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.