ABŞ-lı ağır çəkidə boks çempionu Errol Spens Jr keçirdiyi yol qəzası nəticəsində ağır yaralanıb.

Unial.org xarici KİV-ə istonadənm xəbər veirr ki, boksçunun durumu ilə bağlı açıqlama verən həkimlər  onun vəziyyətinin ağır olduğunu deyib. Bildirilir ki, boksçu həyatda qalmaq üçün mübarizə aparır.Hazırda reanimasiyadadır. 

IBF və WBC versiyaları üzrə çempionu  29 yaşlı Errol Spence Jr hadisədən dərhal sonra  təcili yardımla xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Çempion boksçu, karyerası ərzində 26 matça çıxıb və hamısını qələbə ilə bitirib