Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış rok ifaçısı Haluk Levent xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirova üçün Bakıda konsert verməyə hazır olduğunu deyib. 

Unikal.org xəbər verir ki, rokçunun çağırışına Azərbaycandan cavab gəlib. H.Levent bu barədə sosial şəbəkədə məlumat verib. Haluk iki gün əvvəl Azərbaycandan təklif gəldiyini, dekabr ayında Bakıya gələcəyini bildirib: 

“Və Azərbaycan Suraya səssiz qalmadı. Onun yaxşılaşması üçün hər qapını açdı. Komandamız iki gün əvvəl Bakıya dəvət edildi. “Nargis Fund”un (Nərgiz Dərnəyi) dəstəyi ilə 7 dekabrda Bakıdakı “Elektra Events Hall”da konsert olacaq. Bütün Azərbaycan xalqını gözləyirəm. Sura xilas olacaq”. 

Xatırladaq ki, H. Levent bundan əvvəl 22 yaşlı Suranın sağalması üçün 400 min liraya ehtiyacı olduğunu bildirmiş və buna görə Azərbaycanda konsert verməyə hazır olduğunu bildirmişdi.