Goranboy rayonunda qonşular arasında davanın təfərrüatları məlum olub. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupu Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı açıqlama verib. 

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, Əlirzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır.

Qonşuları tərəfindən döyülən Sahilə Ələkbərova hadisənin necə baş verdiyini BAKU.WS-in bölgə müxbirinə danışıb:

"At keçmişdi onların qapısına. 12 yaşlı oğlumla getdim ki, atı gətirəm. Çatanda gördüm ki, atı saldılar içəri. Məni itələyib yıxdılar yerə. Anaları atın ipi ilə əllərimi bağladı və başladılar məni döyməyə. Qışqırmağa başladım səsə qonşular gəldi məni onların əlindən alıb xəstəxanaya gətirdilər. Üç nəfər idilər. Uşağımı da döyüblər".