Azərbaycanda qanunsuz miqrasiyada, rüşvətxorluqda və saxta sənəd düzəltməkdə təqsirləndirilən İbrahimov Bəxtiyar Xanhüseyn oğlu, Mühəndis Cabir Məhəmməd Təği oğlu, Əhmədov Şahin Rövşən oğlu, Soltanov İntiqam Həzi oğlu, Əhmədzadə Asim İbrahim oğlu və Nuriya Zərifə Əli qızının cinayət işi məhkəmə iclası başlayıb. 

Unikal.org xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası oktyabrın 16-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 318-1.2.3- cü (əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etmə), 318-1.2.2-ci (eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 318.2-ci (sərhədi qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Əli Osmanov