Beyləqnada qətl törətməkdə təqsirləndirilən Şahin Quliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib. 

İttiham aktına əsasən, hadisə 2016-cı il noyabrın 26-da Beyləqan rayonu, Mil qəsəbəsində baş verib. Ş.Quliyeva həmin qəsəbədə yaşayan, tanışı Samirə Qasımova ilə pul müqabilində görüşüb. Mübahisə zəminində o, qadını bıçaqlayıb. Hadisədən 5 gün sonra S.Qasımova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Ş.Quliyev hadisəni törətmədiyini, həmin tarixdə bütün gün ərzində qaynatasının evində olub, odun doğradığını deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi Ş.Quliyevin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib, ona bəraət verilib. Ş.Quliyev məhkəmə zalında azadlığa buraxılıb.

Ali Osmanov