İspaniya La Liqası: "El Klassiko" yenə nəfəs kəsdi
İspaniya La Liqası: "El Klassiko" yenə nəfəs kəsdi
Srağagün axşam bütün dünyanın diqqəti Barselonaya yönəlib. Burada əzəli rəqiblər - "Barselona" və "Real" komandaları üz-üzə gəlib.

Bu, cari çempionatda ilk "El Klassiko" olub.
Bakı vaxtı ilə saat 22:50-də başlayan görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komanalar görüşdən 1 xalla ayrılıblar - 2:2. Bununla da, "Barselona" "Real"la 8 xallıq fərqi qoruyub.
Maraqlıdır ki, hər iki tərəfdən qollara komandaların aparıcı oyunçuları, hazırda dünyanın iki ən yaxşı futbolçusu hesab edilən Messi ilə Ronaldo imza atıb. Bir sözlə, Barselonadakı məşhur “Nou Kamp” stadionunda baş tutan görüş iki ulduzun tamaşası kimi yadda qalıb.
İlk hissədə əvvəl avropalı qonaqları irəli çıxarıb, ardınca isə cənubi amerikalı bərabərlik qolunu vurub. Onlar müvafiq olaraq 23-cü və 31-ci dəqiqələrdə fərqləniblər.
Fasilədən sonra isə Lionel qabağa düşüb. Lakin Ronaldo da qolunu çox gözlətməyib. 61-ci dəqiqədə qol buraxan madridlilər cəmi 5 dəqiqə sonra tarazlığı bərpa ediblər. Breləliklə də dünyanın 2 ən böyük klubunun növbəti duelindən tərəflər hərəyə 1 xalla ayrılıblar.
İspaniya La Liqası, VII turun oyunları:
"Levante" - "Valensiya" - 1:0
Qol: Martins, 22 (1:0)
"Malyorka" - "Qranada" - 1:2
Qollar: El arabi, 65-pen (0:1), Torye, 76 (0:2), Hemed, 86 (1:2)
"Atletik" (Bilbao) - "Osasuna" - 1:0
Qol: Aduriz, 12 (1:0)
"Barselona" - "Real" (Madrid) - 2:2
Qollar: Ronaldo, 23 (0:1), 66 (2:2), Messi, 31 (1:1), 61 (2:1)
"Atletiko" (Madrid) - "Malaqa"
"Rayo Valyekano" - "Deportivo" - 2:1
Qollar: Piti, 18 (1:0), Karlos, 29 (2:0), Pizzi, 41-pen (2:1)
"Saraqoza" - "Qetafe" - 0:1
Qol: Kastro, 64-pen (0:1)
"Valyadolid" - "Espanyol" - 1:1
Qollar: Verdu, 70-pen (0:1), Qonzales, 82 (1:1)
"Betis" - "Real" (Sosyedad) - 2:0
Qollar: Paulou, 18 (1:0), Martin, 81 (2:0)
"Selta Viqo" - "Sevilya" - 2:0
Qollar: Aspas, 60-pen (1:0), Lukas, 85 (2:0)
Turnir cədvəli (ilk beşlik): “Barselona” - 19, “Atletiko” (Madrid) - 16, “Malaqa” - 14, “Betis” - 12, “Malyorka” - 11...