Sosial şəbəkələrdə veteran futbolçu, “Səbail” futbol klubunun baş məşqçisi Aftandil Hacıyevin “vikipedia”da haqqında yazılan məlumatlarda bir cümlə hər kəsin marağına səbəb olub.

Hətta A.Hacıyevin məlumatında “Ömərin dayısıdır”  yazılması sosial şəbəkədən də müzakirə mövzusu olub. 

Məsələ ilə bağlı baş məşqçinin özü ilə əlaqə saxladıq. Unikal.org-a danışan A.Hacıyev məsələdən xəbərsiz olduğunu deyib və hadisəni gülüşlə qarşılayıb. 

“(gülür) Ömər mənim bacım oğludur. Ola bilər o yazsın, onun komputerdən, internetdən yaxşı başı çıxır. Mənim məlumatım yoxdur.” 

Sonradan o cümlə A.Hacıyevin “vikipedia” məlumatından çıxarılıb.

Aygün İlqarqızı