Leyla Əliyevaya mükafatı təqdim edilib
Leyla Əliyevaya mükafatı təqdim edilib

Heydər Əliyev Fondunun vitse-prezidenti "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" mükafatı ilə təltif olundu

Sentyabrın 12-də Həştərxan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeni medalının təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd etmişdir ki, həştərxanlıları Azərbaycanla ümumi Xəzər dənizi birləşdirir və bizim məqsədimiz hamımızı əhatə edən təbiəti qorumaqdır. Qubernator demişdir: "Həştərxanlılar tarixən həmişə Azərbaycan xalqına məhəbbətlə yanaşmışlar. Buna görə də hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası ürək açır. Bugünkü tədbirlər - Dostluq körpüsünün, Uşaq şəhərciyinin açılışı, müqəddəs knyaz Vladimirin gələcək abidəsi yerində təməl daşının qoyulması bunu təsdiq edir".
O, Həştərxanda həyata keçirilmiş layihələrə, iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş səylərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna həştərxanlılar adından minnətdarlığını bildirmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva yüksək mükafata görə təşəkkür edərək demişdir: "Həştərxan gözəl şəhərdir, lakin burada mənə daha çox xoş gələn insanlardır. Çünki sizin hərarətinizi duymamaq mümkün deyildir. Qarşıda bizim hələ çox layihələrimiz olacaqdır".
Mükafatın təqdim edilməsindən sonra Rusiya və Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı olmuşdur. Səhnəyə, həmçinin Azərbaycanın Xalq Artisti Polad Bülbüloğlu çıxmışdır. Onun çıxışı gurultulu alqışlarla qarşılanmışdır.