Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən "Texniki fasilə başa çatıb.

Bu barədə Unikal.org-a "Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

- Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 -də yola düşən 6012 elektrik qatarı saat 0950 -də yola düşəcəkdir və Bakıya saat 1032-də çatacaqdır; Sumqayıt stansiyasından saat 0950 -də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcəkdir və Bakıya saat 1142-da çatacaqdır.