Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. 

"Azərsu" ASC-dən Unikal.org-a verilən məlumata görə, kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə ümumilikdə 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir.

Hazırda 13 rayonun 30 kəndində işlər "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam, 6 rayonun 11 kəndində isə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir. Layihələrə əsasən, bu kəndlərdə 14 subartezian quyusu qazılması, 7 ədəd su anbarının, 414 km müxtəlif diametrli su xətlərinin tikintisi, 9 ədəd su qülləsinin, 4 ədəd nasos stansiyasının, əhalinin ümumi istifadəsi üçün 1359 bulağın quraşdırılması, mövcud 4 su anbarın yenidən qurulması nəzərdə tutulub.

Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 9 ədəd subartezian quyusu qazılıb, 318 km su xətti çəkilib və 913 bulaq quraşdırılıb. Ötən müddətdə 25-dək kənddə yeni şəbəkələrin və bulaqların quraşdırılması işləri yekunlaşıb. Bu kəndlərin 14-ə içməli suyun verilməsi təmin edilib, qalan kəndlərdə son tamamlama işləri aparılır. Layihələrin icrası nəticəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər, Xızı rayonunun Yeni Yaşma, Ağcabədi rayonunun Taxtakörpü, İsmayıllı rayonunun Zoğallıq, Quba rayonunun Ağbil, Talabıqışlaq və Digah kəndlərində 25 min nəfərin içməli su problemi həll edilib. 2018-ci ilin sonunadək digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcək.

Ümumilikdə bu layihələrin icrası nəticəsində 19 rayonunun 41 yaşayış məntəqəsində 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır.

Xatırladaq ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident Sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub və 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilibzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə ümumilikdə 19 rayonunun 41 yaşayış məntəqəsini əhatə edir.

Hazırda 13 rayonun 30 kəndində işlər "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam, 6 rayonun 11 kəndində isə dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir. Layihələrə əsasən, bu kəndlərdə 14 subartezian quyusu qazılması, 7 ədəd su anbarının, 414 km müxtəlif diametrli su xətlərinin tikintisi, 9 ədəd su qülləsinin, 4 ədəd nasos stansiyasının, əhalinin ümumi istifadəsi üçün 1359 bulağın quraşdırılması, mövcud 4 su anbarın yenidən qurulması nəzərdə tutulub.

Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 9 ədəd subartezian quyusu qazılıb, 318 km su xətti çəkilib və 913 bulaq quraşdırılıb. Ötən müddətdə 25-dək kənddə yeni şəbəkələrin və bulaqların quraşdırılması işləri yekunlaşıb. Bu kəndlərin 14-ə içməli suyun verilməsi təmin edilib, qalan kəndlərdə son tamamlama işləri aparılır. Layihələrin icrası nəticəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər, Xızı rayonunun Yeni Yaşma, Ağcabədi rayonunun Taxtakörpü, İsmayıllı rayonunun Zoğallıq, Quba rayonunun Ağbil, Talabıqışlaq və Digah kəndlərində 25 min nəfərin içməli su problemi həll edilib. 2018-ci ilin sonunadək digər kəndlərə də içməli suyun verilməsi təmin ediləcək.

Ümumilikdə bu layihələrin icrası nəticəsində 19 rayonunun 41 yaşayış məntəqəsində 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır.

Xatırladaq ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident Sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub və 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib