Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyinatı olub.

Unikal.org Avtosfer.Az-a istinadən xəbər verir ki, bu vəzifəyə həmin şöbənin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Məmmədov Hafiz Abbas oğlu təyin edilib.

Qeyd edək ki, keçmiş rəis Sabir Abdullayev bir neçə gün əvvəl nazirin əmri ilə təqaüdə göndərilmişdi.