Azərbaycanda sosial şəbəkə vasitəsilə kişilərə onların rüsvayedici məlumatlarını yayacağını deyib, pul tələb edən şəxs peyda olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, "İnstagram"da yusubova_lalee adı ilə kişilərlə tanış olan həmin şəxs, sonradan onlardan pul istəyir. Dələduzluqla məşğul olan sözügedən profilin sahibi yazdığı istifadəçilərdən borcu olduğu üçün işıqlarının kəsildiyini bildirərək, göndərdiyi hesab nömrəsinə pul yüklənməsini xahiş edir. Pul ödəməyəcəyi təqdirdə isə həmin istifadəçi onların fotolarını paylaşaraq, haqqlarında təhqir və yaxud rüsvayedici məlumatlar qeyd edir.