Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsi "İqtisadiyyat kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə "Bank əməliyyatları, Banklarda qanunvericilik və Maliyyə Nəzarət subyektlərinin funksiyaları mövzusunda tədbir keçirilib. 

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev açaraq qonağı salamladı və tədbir iştirakçılarına uğurlar arzuladı. Təlimin mövzusu barədə İqtisadiyyat kafedrasının müdiri dos., Vüqar Nəzərov ümumi məlumat verərək bank sistemi, banklarda əməliyyatların aparılması, bank əməliyyatlarına dair qanunvericilik tələblərinin vacibliyini vurğuladı və təlimçini auditoriyaya təqdim edərək sözü ona verdi.

Tanınmış iqtisadçı alim Vüqar Bayramov təlimin mövzusu çərçivəsində ilk öncə bank sektorunun hazırki durumundan bəhs etdi. Banklarda bank əməliyyatları, qanunvericilik və maliyyə nəzarət subyektlərinin vəzifə və funksiyaları barədə məlumat verən V.Bayramov təlim çərçivəsində iştirakçıların çoxsaylı suallarını da cavablandırıb. Təlimin sonunda fəallıığı ilə fərqlənənlərə sertifikatlar, ATMU rəhbərliyi tərəfindən isə təlimçi Vüqar Bayramova təşəkkürnamə təqdim olunub.
ATMU kollektivi olaraq ali təhsil müəssisəsində adıçəkilən tədbirin təşkilində və keçirilməsində xüsusi dəstəyə görə Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin direktoru Anar Həsənova təşəkkürümüzü bildiririk.