Lənkəran şəhərinin Vələdi kəndində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, 1960-cı il təvəllüdlü Məmmədov Şəmsəddin Əli oğlu həmkəndlisi tərəfindən bıçaqlanıb.
Hadisəni törədənin "Maçan" ləqəbli yerli sakin olduğu bildirilir. Bıçaq xəsarətləri alan Ş.Məmmədov Cərrahi bloka yerləşdirilib. Qarın ve boyun nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alan zərərçəkən xeyli miqdarda qan itirib. Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törədən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.