Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında sərəncam imzalayıb. 
Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.