Rusiyalı hərbçilərlə dəyişdirilən ukraynalı hərbçi Nadejda Savçenko Ali Radanın Milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü olacaq.

Unikal.org  oxu.az-a istinadən bildirir ki, bu barədə "112 Ukrayna" telekanalının efirində Ukrayna parlamentinin "Batkivşina" fraksiyasının deputatı İvan Krulko bəyan edib.

"Çox səmimi söhbətimiz oldu. Nadejda - komanda oyunçusudur və o, "Batkivşina" komandasının üzvü olduğunu təsdiqlədi, onun üçün yeni olan işə mümkün qədər tez başlaması üçün yardım istədi.

O, milli təhlkəsizlik və müdafiə məsələləri üzrə komitənin üzvü olacaq", - o deyib.

Parlamentari əlavə edib ki, Savçenkonun işinin başına mayın 31-də keçəcəyi gözlənilir.

"O, hərbçidir və öz işinə ciddi yanaşır", - Krulko bəyan edib.