"Mənə dedilər ki, şər ruhlara qulluq edirəm, çünki belə əcaibəm. Atam, anam, bacı və qardaşlarım məndən üz döndərdilər. Evdən qovdular".

Hindistanda yaşayan Bablu adlı gəncin sağ qolu nəhəngdir. Onun qolunun ağırlığı 20 kiloqramdır.
Məhz bu qoluna görə onu ailəsi, qonşuları və qohumları "Şərin övladı" adlandırırlar.

25 yaşlı Bablu da buna görə doğulduğu, yaşadığı şəhəri tərk edərək Mumbaya üz tutub.
"Mumbayda işləyəcəyimi, normal yaşayacağımı düşünürdüm. Lakin burada da insanlar məndən qorxurlar, uzaq dururlar. Həkimlərin dediklərinə görə, müalicə olarsa, qolum normal ölçüyədək kiçilə bilər. Lakin sağ qolum heç vaxt normal işləməyəcək", - Bablu söyləyib.

Həkimlərin sözlərinə görə, Bablu giqantizm və ya akromeqaliya xəstəsidir. Bu xəstələrin vücudunda inkişaf hormonunun disfunksiyası olduğundan müəyyən əza çox böyüyür. (Milli.Az )