Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Ənvər oğlu Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Unikal.org  report-a istinadən bildirir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, C.Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası 70-ci maddə tətbiq olunmaqla ona şərti cəza verilib. C.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, C.Məmmədov dələduzluq etməkdə təqsirli bilinərək həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.