"Qarabağ" - "Neftçi" oyununda daha bir qalmaqal baş verib.

Unikal.org xәbәr verir ki, oyunun sonlarına yaxın Ağdam klubunun azarkeşləri ilə polislər arasında qarşıdurma yaşanıb. Belə ki, "Qarabağ"ın futbolçuları kuboku qazandıqdan sonra formalarını çıxararaq "İmarət" fan-klubunun yer aldığı 6-cı sektora atıblar. Bundan sonra, coşqu yaşayan azarkeşlər daha aşağı sektorlara düşməyə cəhd ediblər.

Polis isə buna müdaxilə edib. Qarşıdurma nəticəsində azarkeşlərdən bir neçәsi xәsarət alaraq xəstәxanaya aparılıb. Onlara qarşı bibər qazından da istifadə olunduğu deyilir.

Hadisəyə münasibət bildirən "Qarabağ" rəhbərliyi məsələnin araşdırılacağını, kamera görüntülərinə baxılaraq, günahı olan hər kəsin cəzalandırılacağını qeyd edib.