"Neftçi klubunda yeni təyinat olub.

Unikal.org klubun saytına istinadən xəbər verir ki,55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla birillik müqavilə bağlanıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers, "Vulverhempton Uonderers, "Kembric Yunayted, "Preston Nort End, "Karlayl Yunayted və Finlandiyanın "Koparit klublarında oynayıb.

Məşqçi kimi İngiltərənin "Bolton Uonderers U-12 - U18 (1999-2010), "Yovil Taunun akademiyası (2010-2011), "Uiqan Atletik U-16 (2011-2012), "Mançester Yunayteddən ezam olunaraq Hindistanın Mumbay şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.