Orfoqrafiya Komissiyasının bugünkü iclasında "əsgər" sözünün yazılışının dəyişdirilməsi ilə bağlı təklif qəbul edilməyib.

Unikal.org-un məlumatına görə, iclasda Orfoqrafiya Komissiyasının üzvləri qərar verib ki, ictimai rəy nəzərə alınaraq söz əvvəl olduğu kimi yazılsın.

Qeyd edək ki, bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək k hərfi ilə yazılması məqsədəuyğun sayılırdı (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklif olunurdu.