Gələn həftədən "Bakı Metropoliteni" QSC qış rejiminə keçəcək.

Bunu Unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda iş qrafikinin dəyişdirilməsinə hazırlıq görülür: "Yeni qrafiklə interval 2 dəqiqəyə salınacaq. Bir stansiyadan keçən qatarların sayı isə 30 cütə çatdırılacaq".

Metronun sözçüsü "Xətai" stansiyasının təmirə bağlanması üçün işlərin getdiyini də bildirib.