"Barselonanın sabiq futbolçusu Ronaldinyo keçmiş klubu haqda fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, keçmiş braziliyalı futbolçu, Filippe Koutinyo və Lionel Messinin "Barsanın gələcəyi üçün böyük şeylər edə biləcəklərini deyib. Ronaldinyo İspaniyanın "Marca nəşrinə açıqlamasında bunları bildirib:

"Əminəm ki, Koutinyo "Barselonanın əsas oyunçusu olacaq. O, öz yaşıdları arasında ən yaxşısıdır. Messi üçün isə nəsə deməyə ehtiyac yoxdur. Onlar birlikdə "Barsanın gələcəyi üçün böyük şeylər edə bilərlər.

Karyerası ərzində PSJ, "Barselona, "Milan kimi klublarda forma geyinən Ronaldinyo, 2015-ci ildə karyerasını bitirib.

Ronaldinyo Braziliya millisi ilə DÇ-2002-nin qalibi olub.