"Qarabağın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan yığmasında növbəti matçına çıxıb.

Unikal.org xəbər verir ki, onun şərəfini qoruduğu komanda UEFA Millətlər Liqasında Sloveniya yığması ilə qarşılaşıb. C Liqasında 3-cü qrupda yer alan komandaların dueli Bolqarıstan yığmasının səfər qələbəsi ilə başa çatıb - 2:1.

Start heyətdə meydana çıxan Slavçev sonadək oynayıb. "Qarabağın futbolçusu 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Bolqarıstan yığması növbəti matçını sentyabrın 9-da doğma meydanda Norveçə qarşı keçirəcək.