Hindistanda kimyəvi zavodda partlayış baş verib. 

Аndhra Pradesh ştatındakı zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır. 

Məlumata görə, zavodun amonyakla dolu konteyneri partlayıb. Konteyner ətrafında həmin vaxt təxminən 20 nəfər işçi olub. Partlayış nəticəsində həmçinin divar uçub. 
Faktla bağlı araşdırma aparılır. (AzNews.az)