Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, hadisə şahidlərinin APA-ya verdikləri məlumata görə, Bakı Dairəvi yolunda hərəkət edən "Hyundai İX 35" markalı, 90 ME 757 dövlət nömrə nişanlı avtomobil yolun kənarında olan dəmir arakəsmələrə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin xəsarət alıblar. Hadisə nəticəsində avtomobilə ziyan dəyib.
 
Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.