Daxili İşlər naziri Ramil Usubov Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinə yeni rəis təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon DYP-nə rəis təyin olunub. 

Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin  komandiri olub.

Orxan Həsənli