Lütfi Zadənin abidəsinin açılışına bir neçə gün qalmasına baxmayaraq, onun arxitektura ideyası haqqında sosial şəbəkələrdə müzakirələr davam edir.

Bir çox istifadəçilər kompozisiyanın müəllifinin ünvanına tənqidlər səsləndirir və narazılıqlarını ifadə edir. Müxtəlif alçaldıcı kollajlar yaradılıb. Bəziləri isə bu abidəni gülüş hədəfinə çeviriblər.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, ın müxbiri bununla bağlı Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, eyni zamanda, bu abidənin ideya müəllifi Ömər Eldarovla danışıb.

Rəssam onun ünvanına səsləndirilən tənqidlərə cavab verib. O, abidəni beş ay müddətində hazırlayıb. Onun çox vaxtı olmayıb və sifarişi çox gec alıb.

Xatırladaq ki, tanınmış alim, ABŞ-ın Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin abidəsi I Fəxri Xiyabanda yerləşdirilib.

Eldarovun sözlərinə görə, əsəri yaratdığı zaman standart qərarların Lütfi Zadə üçün keçərli olmadığını nəzərə alıb.

"Bütün dünyaya "Açılışı göstərmək lazım idi. Mən qısa müddət ərzində standart nəsə edə bilərdim. Burada isə ideya və məna var. Bir çoxları standartlara uyğun olduqları üçün tənqidlər və narazılıqlar səsləndirildi, - rəssam bildirib.

O əlavə edib ki, sosial şəbəkələrdə nəsə yazmazdan əvvəl diqqətlə abidəyə baxmaq və fikirləşmək lazımdır.

"Əsas məqsədim bütün dünyaya "Açılışı göstərməkdir. O, ağır qranit portalının fonunda dayanır. Bu ağır qapı isə Lütfi Zadənin əli ilə açılır. Bu, simvolik qərardır. Qranit üzərində bəşəriyyətin riyazi təfəkkürünü alt-üst edən formullar öz əksini tapıb, - Eldarov qeyd edib.

Rəssam abidənin Lütfi Zadəyə oxşamadığı ilə bağlı fikirlərə də münasibət bildirib.

Onun sözlərinə görə, alimin yaxınları abidəyə görə ona təşəkkür edib və bildiriblər ki, əsər Lütfi Zadəyə çox bənzəyir.

"Hər kəs bunu başa düşə bilməz. Ümumiyyətlə, əsərim barədə danışılanlar vecimə deyil. Kiçik təsəvvürü olan şəxs əsərə baxdığı zamanı onun möhtəşəmliyini və orijinallığını görə bilər. Tənqid edənlərə məsləhətim budur ki, yazmazdan əvvəl yaxşıca düşünün, - rəssam deyib.