"Sentyabrın 1-dən etibarən din xadimlərinə verilən maddi yardımdan heç bir vergi tutulmadan təqdim olunur".

Unikal.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır: "Bu yardımlardan müəyyən sosial və vergi tutmaları tətbiq edilirdi. Dövlət başçısı bunu bildikdə vergi tutulmasının dayandırılması barədə tapşırıq verdi. Bu səbəbdən sentyabrın 1-dən sosial və vergi tutulması dayandırılır".

M.Qurbanlı bildirib ki, sentyabrın 1-dən din xadimləri maddi dəstəyi kartlarına yazıldığı qədər tam məbləğdə alacaqlar: "Dövlətimiz məscidlərdə işləyən imam və qazıların həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin keçirilməsini nəzərdə tutur. Yəqin ki, yaxın aylarda bunu görəcəyik".