Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamı ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hələlik Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəhbər təyin edilmədiyi üçün, bu vəzifəni başçının birinci müavini İsmayılov İlham Mehdixan oğlu icra edir.

Xəbəri Unikal.org-a Mingəçevir Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Famil Fərhadoğlu