Türkiyədə bir vətəndaş tərəfindən çəkilərək sosial mediada yayımlanan foto böyük marağa səbəb olub.
 
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, görüntüdə ilanın tülkünü öncə sancdığı və sonra boğaraq öldürdüyü əks olunub. İlanın zəhəri qısa zaman ərzində tülkünün bədəninə yayılaraq onu yerə yıxıb. Bundan sonra ilan tülkünün boğazına dolanaraq onu boğub öldürüb.