"Baku Elektronics" Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri dələduzluqda ittiham olunur.

Unikal.org bildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, öz müdiri tərəfindən ittiham edilir.

"Baku Electronics" MMC-nin direktoru Majid Naxjavani RPİ-yə müraciət edərək bildirib ki, 2015-ci il ərzində şirkətin Biznesin İnkişafı Departamentinin Topdan Satış Şöbəsinn rəisi, 1984-cü il təvəllüdlü Yaşar Bağırov MMC-yə məxsus 61 787 manat dəyərində hədiyyə kartlarını satıb pulu şirkətə ödəməyib.

Binəqədi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır.