Bakıda 1975-ci il istehsalı olan "VAZ 2106" avtomobili satılır. 
Unikal.org baku.ws-ə istinadən bildirir ki, hərraca çıxarılan avtomobilə ilkin olaraq 16 min manat qiymət qoyulub. 39000 km sürülümüş avtomobilin ehtiyat hissələri tam originaldır. Salonu qırmızı olan "VAZ 2106"nın mühərriki 1.6 gücündədir və avtomobil işlək vəziyyətdədir.