Gəncənin icra başçısı Elmar Vəliyevin tam sağaldığını əks etdirən yeni görüntülər yayılıb.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, icra başçısının müalicə aldığı xəstəxananın rəsmi sosial şəbəkə hesabında paylaşılan videoda E. Vəliyevin gəzə bildiyi əks olunub.

Qeyd edək ki, Yunis Səfərov adlı şəxs iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayəti məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.